Mübarəki həbsxana xəstəxanasına gətirmək mümkün olmadı
27 aprel 2011 10:18 (UTC +04:00)

Mübarəki həbsxana xəstəxanasına gətirmək mümkün olmadı

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, sabiq prezidentin səhhəti onun Qahirədəki həbsxana xəstəxanasına köçürülməsinə imkan verməyib.

Misir Baş Prokurorluğunun yaydığı açıqlamada qeyd olunub ki, həkim qrupunun tövsiyəsinin sonra belə qərar qəbul olunub. Prokurorluq onu da bildirib ki, Hüsnü Mübarəkdən sonuncu dəfə keçən həftənin cümə günü ifadə alınıb. Sabiq prezidentdən ölkədə keçirilən aksiyaların iştirakçılarına təzyiq, aksiyaçıların öldürülməsi barədə suallar verilib. Prokurorluq eyni zamanda təbii qazın nə üçün İsrailə bazar qiymətlərindən aşağı qiymətə satılması ilə də maraqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar