                        “Əl-Qaidə”nin “maliyyəçi”si öldürüldü
                                    
                                    0
                                
                                    0
                                
                                “Əl-Qaidə” terror təşkilatının məşhur komandirlərindən biri olan, Əbdül Gani kimi tanınan Əbu Hafs əl-Necdi öldürülüb. Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, NATO Əbu Hafs əl-Necdinin koalisiya qüvvələrinin hava hücumu zamanı öldürüldüyü barədə məlumat yayıb. 
Əbu Hafs əl-Necdi “əl-Qaidə”də intihar hücumları və nağd pul transferinə məsuliyyət daşıyıb, Kunar bölgəsində terror təşkilatının fəaliyyətinə rəhbərlik edib, tez-tez Əfqanıstandan Pakistana gələrək təşkilati işləri həyata keçirib. Əbu Hafs əl-Necdi ilə birlikdə “əl-Qaidə”nin digər məşhur komandiri Vakas da hava hücumu zamanı ölüb. NATO-nun açıqlamasında qeyd olunur ki, Əbu Hafs əl-Necdi 2007-ci ildən təqib olunub və sonuncu dəfə Vakas ilə görüşərkən yeri dəqiqləşdirilib.