Ermənilər sonuncu Osmanlı Sultanına terror hazırlayıbmış
0
0
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin Osmanlı arxivindəki sənədlərində bildirilir. Arxiv sənədlərində göstərilir ki, erməni terror təşkilatları Osmanlı dövləti içində xaos yaratmaq və nəticədə xarici dövlətlərin buraya müdaxiləsini təmin etmək, həmçinin, ölkədə bir neçə məscidi partlatmaqla xalqı təşvişə salmaq planları olub.
O vaxtın baş polis idarəsi hesab olunan Zəbtiyyə Nəzarətinin 1906-cı il mayın 25-də qeydə aldığı sənəddə bu terror planlarından bəhs edilir. Sənəddə qeyd olunur ki, ermənilər müsəlmanların ibadət yerlərində terror törətmək və bununla da onları yerli xristianların əleyhinə çevirmək niyyətində olublar. Bu zaman isə xaricdəki xristian havadarların Osmanlıya müdaxiləsi təmin ediləcəkmiş.
Sənəddən sitat: “Bolqarıstandakı erməni terror təşkilatının məktubunu Budapeştə gətirən bir erməni mənfur bir terror hadisəsinə bolqarları da ortaq etmək istəyib. Sonra İsveçrə və Londona gedərək, oradakı erməni komitələri ilə müzakirə apardıqdan sonra Parisə qayıdıb. Bu şəxs bir neçə adamı ilə birgə padşahın yaxın ətrafındakı bir sıra polis və kəşfiyyat əməkdaşını ələ alaraq, planlarını həyata keçirmək üçün Ayasofiya, Yeni Məscid və Fatih Məscidində namaz qılınarkən eyni anda hər üç məsciddə partlayış həyata keçirmək niyyətindədir”.