Suriyada qan su yerinə axır
25 aprel 2011 15:12 (UTC +04:00)

Suriyada qan su yerinə axır

Keçən həftənin cümə günü qanlı olayların yaşandığı Suriyada ordu geniş miqyaslı əməliyyata başlayıb. Lentaz-ın verdiyi məlumata görə, ordunun ilk hədəfi Suriyada üsyanın başladığı Dera şəhəri olub.

Bu gün səhər saatlarından başlayaraq, tanklar Dera şəhərinə daxil olub və şəhərdən silah səsləri gəlməyə başlayıb. Şahidlər şəhərə 3 mindən çox hərbçinin gətirildiyini, nişançıların evlərin damlarında yerləşdirildiyini, tankların şəhərin küçələrində gəzdiyini, əsgərlərin qarşılarına çıxan insanlara atəş açdığını bildirirlər.

“Reuters” agentliyi şahidlərə istinadən şəhərin küçələrində 5 nəfərin cəsədinin olduğu barədə məlumat yayıb. İnsanlar qorxudan çölə çıxmırlar. Ceble şəhərinə də ordu daxil olub və ilkin məlumata görə, ən azı 13 nəfər öldürülüb. Humus şəhərində də çoxlu sayda müxalifətçi həbs edilib. Suriya İordaniya ilə sərhədlərini də bağlayıb. Suriyanın tanınmış hüquq müdafiəçilərindən Suhair Atassi deyib ki, prezident Bəşər Əsəd demokratik düşüncəli insanları tamamilə yox etmək üçün daxili savaşa başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 943

Oxşar yazılar