540 məhbus həbsxanadan qaçdı
25 aprel 2011 10:55 (UTC +04:00)

540 məhbus həbsxanadan qaçdı

0
Əfqanıstanın Qəndəhar şəhərində 540 məhbus həbsxanadan qaçıb. Lent.az-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, qaçan məhbuslar “Taliban” Hərəkatının üzvləridir.

Məhbuslar 350 metr uzunluqda tunel qazaraq qaçmağı bacarıblar. Polis qaçışın çox sakit planlaşdırıldığını, uzun müddət məhbusların tunel qazdıqlarını bildirib.

Qeyd edək ki, Qəndəhar həbsxanasında əsasən narkotacirlər və NATO qüvvələri tərəfindən saxlanılmış “Taliban” təmsilçiləri saxlanılır. Qaçanlar içərisində “Taliban” hərəkatının rəhbərliyində təmsil olunanlar da var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 589

Oxşar yazılar