Əsəd amansız oldu
0
0
Aprelin 22-də Suriyanın müxtəlif şəhərlərində cümə namazından sonra hökumət əleyhinə keçirilən kütləvi aksiyalara təhlükəsizlik qüvvələri sərt müdaxilə edib. Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, aksiyalarda “Xalq rejimin devrilməsini istəyir!” şüarı səsləndirilib.
Bəzi şəhərlərdə prezident Bəşər Əsədin atası Hafiz Əsədin heykəlləri uçurulub. Təhlükəsizlik qüvvələrinin paytaxt Dəməşq, Dera, Hama və Humus şəhərlərində aksiya iştirakçılarına atəş açması nəticəsində ən azı 88 nəfər öldürülüb.
ABŞ prezidenti Barak Obama isə Suriya hökumətini aksiyaçılara zor tətbiq etməkdən əl çəkməyə çağırıb və prezident Bəşər Əsədi İrandan yardım istəməkdə günahlandırıb: “Aksiyaçılara qarşı bu biabırçı zorakılığa son qoyulmalıdır. Prezident Bəşər Əsəd xalqının səsini eşitməli, aksiyaları yatırmaq üçün İrandan yardım almağa cəhd göstərməməlidir”.