Makkeyn Liviya qiyamçılarının yanında
22 aprel 2011 14:47 (UTC +04:00)

Makkeyn Liviya qiyamçılarının yanında

0
Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Benqazi aeroportunda Con Makkeyni 50 müxalifətçi qarşılayıb.

Müxalifətçilər “Liviyaya azadlıq!”, “Qəddafi-rədd ol!”, “Amerika, sağ ol!”, “Obama, sağ ol!” şüarları səsləndiriblər. Con Makkeyn isə Müəmmər Qəddafi rejiminə qarşı döyüşənləri qəhrəman adlandırıb.

Senator üçün yerli oteldə nömrə ayrılıb. Con Makkeyn Liviya Milli Keçid Şurasının üzvləri, o cümlədən qiyamçıların hərbi rəhbərliyi ilə görüşəcək. 74 yaşlı senator Benqazidə zirehli “Mersedes” markalı cipdə və gücləndirilmiş mühafizə altında gəzəcək. Con Makkeyn Liviyada əməliyyatlar başlayandan sonra bu ölkəyə gələn ən yüksək vəzifəli siyasətçidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 551

Oxşar yazılar