Əsəd cüməyə hazırlaşır
21 aprel 2011 16:49 (UTC +04:00)

Əsəd cüməyə hazırlaşır

0
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, müxalifət sabah paytaxt Dəməşqdən 165 kilometr şimalda yerləşən və hökumət əleyhinə aksiyaların ara vermədiyi bu şəhərdə mitinq keçirməyə hazırlaşır. Aksiyaçılar cümə namazından sonra küçələrə axışmalıdırlar. Humus şəhərinin valisini aprelin 7-də tutduğu postdan azad edən Bəşər Əsəd isə bu gün həmin posta Həsən Əbdül-Əlini təyin edib. Artıq təhlükəsizlik qüvvələri şəhərin küçələrində blok-postlar quraşdırmağa başlayıb. Şəhərin məhəllələrində axtarışlar və həbslər həyata keçirilir.

Xatırladaq ki, bu şəhərdə təhlükəsizlik qüvvələrinin aksiyaçılara atəş açması nəticəsində indiyə qədər 10 nəfər həyatını itirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 607

Oxşar yazılar