Bill Qeyts Braziliyadan qovulub
20 aprel 2011 11:23 (UTC +04:00)

Bill Qeyts Braziliyadan qovulub

0
Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Bill Qeytslə bərabər onun dostları da Braziliyanı tərk etmək məcburiyyətində qalıblar.

Bill Qeyts və dostlarının Braziliyadan qovulmalarının səbəbi isə bu ölkədəki Riu-Neqru çayında qayıqla gəzmələri olub. Qayıq gəzinti zamanı polis tərəfindən saxlanılıb. Məlum olub ki, qayıq heyəti xaricilərdən ibarətdir və onların Braziliyada işləmək üçün icazələri yoxdur.

Bill Qeyts və dostlarının sənədlərində problem olmayıb, onlar Braziliyaya leqal yolla, turist vizası ilə gəliblər. Ancaq buna baxmayaraq, onlar qeyri-leqal xarici işçi qüvvəsindən istifadə edildikləri üçün cərimələnib və ölkədən çıxarılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 583

Oxşar yazılar