Barmağını yedi!..
19 aprel 2011 02:11 (UTC +04:00)

Barmağını yedi!..

0
Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, adı açıqlanmayan, ciddi stress keçirən bir kişi psixoloqlara müraciət etməyərək problemini özü həll etməyə çalışıb.

O, hər gün qızartdığı tərəvəzə çeçələ barmağını da qatmağa qərar verib. Hannibal barmağını kəsib, onu tərəvəzlə birgə qızardaraq yeyib. Daha sonra həkimə gələn bu şəxs deyib ki, digər barmaqlarını da yeməyi planlaşdırsa da, peşəkarların köməyindən istifadə etməyə üstünlük verib.

Hazırda o, təəccüblərini gizlədə bilməyən həkimlərin nəzarəti altındadır. Həkimlər bildiriblər ki, həmin şəxs hər hansı dərman, narkotik vasitə qəbul etməyib, sərxoş olmayıb, şüurlu olaraq barmağını kəsib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1234

Oxşar yazılar