Minsk metrosunu partladanlar tutuldu
13 aprel 2011 12:42 (UTC +04:00)

Minsk metrosunu partladanlar tutuldu

Lent.az-ın “lifenews”ə istinadən verdiyi məlumata görə, hələlik onların şəxsiyyəti açıqlanmır.

Məlumatı Belarus prokurorluğundan da təsdiq ediblər. Baş prokurorun müavini Andrey Şved istintaq tədbirlərinin aparıldığını, şübhəli şəxslərin vəkillərin iştirakı ilə dindirildiyini və artıq ilk ifadələr olduğunu vurğulayıb.

Şved onu da bildirib ki, hər iki şəxs Belarus vətəndaşlarıdır və vilayət mərkəzlərindən birində doğulublar: “Onlar çoxdan tanışdırlar. Minsk metrosundakı videoyazını öyrənəndən sonra çox böyük ehtimalla demək olar ki, onlardan biri terroru həyata keçirən şəxsdir”.

Hazırda onların digər cinayət və terror əməllərinə aidiyyatı olub-olmadığı yoxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 722

Oxşar yazılar