İsrail şirkəti Gürcüstanı beynəlxalq məhkəməyə verdi
11 aprel 2011 20:13 (UTC +04:00)

İsrail şirkəti Gürcüstanı beynəlxalq məhkəməyə verdi

0
Lent.az-ın məlumatına görə, bu barədə şirkətin yaydığı açıqlamada bildirilib. «Elbit Systems»in Gürcüstan hökumətinə qarşı iddiasına Böyük Britaniyadakı Yüksək Məhkəmədə baxılacaq. Şirkət Gürcüstan hökumətini 2007-ci ildə imzalanmış müqavilə üzrə öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Öhdəliyi yerinə yetirməyən Gürcüstan hökumətindən 100 milyon ABŞ dollar tələb olunur.

«İddia bir neçə müqavilə üzrə şirkətə çatacaq vəsaitin gürcü hökuməti tərəfindən ödənməməsiylə əlaqədar qaldırılıb. Hansı ki, həmin müqavilələr 2007-ci ildə imzalanıb», - deyə şirkətdən bildirilib.

Məlumatlara görə, Gürcüstan o zaman imzalanmış müqavilə çərçivəsində «Elbit Systems» şirkətindən 40 ədəd «Hermes 450» pilotsuz uçucu aparatları alıb. Həmçinin şirkət Gürcüstana Tiflisdə təyyarə zavodunda buraxılmış «Su-25» təyyarələrinin modernizasiyasında kömək göstərib.

Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze isə yerli xəbər agentliklərinə açıqlamasında məsələyə şərh vermək istəməyib. İsrail şirkətinin iddiasının nəyi və hansı müqaviləni əhatə etməsindən xəbərsiz olduğunu deyib. Nazir müavini bununla bağlı məhkəmə tərəfindən müvafiq və ədalətli qərar çıxarılacağına əmin olduğunu söyləyib.

Bu arada «GPSearch.org» saytına açıqlama verən Abxaziya müdafiə nazirinin birinci müavini Beslan Svijbani isə deyib ki, onlar gürcülərin istifadəsində olan pilotsuz uçuş aparatları məhv etməyə hazırdırlar. Nazir müavini onu da xəbərdarlıq edib ki, Gürcüstana aid olan pilotsuz uçuş aparatlarının Abxaziya ərazisi üzərində uçuşu aşkarlansa, dərhal məhv ediləcək.

B. Svijbaninin sözlərinə görə, 2008-ci ildə abxaz tərəfi Gürcüstanın inventarında olan 50 ədəd «Hermes 450» pilotsuz təyyarəsindən yeddisini məhv etməyə nail olub. Hansı ki, Gürcüstan bunları İsrailin «Elbit Systems» şirkətindən satın almışdı.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 562

Oxşar yazılar