Türkiyə Baqapşın səfəri ilə bağlı açıqlama yaydı
08 aprel 2011 20:30 (UTC +04:00)

Türkiyə Baqapşın səfəri ilə bağlı açıqlama yaydı

0
Türkiyə Xarici İşlər Nazirliyi Abxaziya “prezidenti” Sergey Baqapşın Türkiyəyə planlaşdırılan səfəri ilə bağlı açıqlama yayıb. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, açıqlamada Sergey Baqapşın Türkiyəyə səfərinin heç bir rəsmi xarakter daşımadığı, Türkiyənin Gürcüstanın ərazi bütövlüyünü tanıdığı, dəstəklədiyi və bu siyasəti prinsipial olaraq davam etdirdiyi bildirilib.

Türkiyə Xarici İşlər Nazirliyi Sergey Baqapşın adının önünə heç bir titr əlavə etmədiyi açıqlamasında bu səfərin türk vətəndaşları tərəfindən yaradılan qeyri-hökumət təşkilatlarının dəvəti ilə bağlı olduğunu vurğulayıb. Eyni zamanda Türkiyənin Gürcüstanla ənənəvi dostluq və hər sahədə genişmiqyaslı əməkdaşlığa dayanan strateji müttəfiqliyinə çox böyük əhəmiyyət verdiyi qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 594

Oxşar yazılar