HƏMAS atəşkəs elan etdi
0
0
Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, HƏMAS nümayəndəsi Qəzza sektorundakı silahlı bölmələrin çoxunun atəşin dayandırılması barədə razılaşma imzalayıblar. Bu addım regionda zorakılığın artmasının qarşısını almaq üçün atılıb.
Atəşkəs aprelin 8-də Bakı vaxtı ilə gecə saat 1-də qüvvəyə minib. Barışığın nə qədər davam edəcəyi bildirilmir.
Son 2 həftə ərzində HƏMAS-ın nəzarətində olan ərazilərdə vəziyyət xeyli gərginləşib. Məsələn, aprelin 2-də İsrail təyyarələri Qəzza sektoruna zərbə endirərək təşkilatın 3 üzvünü öldürüblər. Buna cavab olaraq HƏMAS raket atəşi ilə İsrailin məktəb avtobusunu məhv edib. Nəticədə 2 nəfər ağır yaralanıb. Onlardan birinin vəziyyəti son dərəcə ağırdır.
Bundan sonra İsrail yenidən Qəzza sektorunu atəşə tutub. Atəş nəticəsində 4 nəfər öldürülüb, 30-dan çox adam yaralanıb.