Tailandda sel qurbanlarının sayı 51 nəfərə çatdı
05 aprel 2011 15:17 (UTC +04:00)

Tailandda sel qurbanlarının sayı 51 nəfərə çatdı

0
Tailand Səhiyyə Nazirliyi ölkənin cənubunda subasma nəticəsində ölənlərin sayının 51 nəfərə çatdığı, 300 nəfərdən çox insanın yaralandığı, 100 nəfərə qədər insanın itkin düşdüyü barədə məlumat yayıb.

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, leysan yağışların dayanması ilə ölkənin cənub regionlarında suyun səviyyəsi tədricən azalmağa başlayıb. Nazirlər Kabineti xilasetmə işlərinin aparılması və əhaliyə kompensasiya verilməsi üçün 150 milyon dollar ayırıb. Əhaliyə yardım etmək üçün 10 min hərbçi fəlakət bölgəsinə göndərilib.

Tailandın turistlər arasında məşhur olan Surattani, Krabi, Çumpxon və Tranq əyalətlərində isə vəziyyət əvvəlki kimi mürəkkəb olaraq qalır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 634

Oxşar yazılar