Narkobaronun 18 avtomobili, 16 evi müsadirə olundu
05 aprel 2011 14:26 (UTC +04:00)

Narkobaronun 18 avtomobili, 16 evi müsadirə olundu

0
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, 250 kiloqram heroinin özünə məxsus olduğunu etiraf edən Vəhdət Daşın 2-i “Ferrari” olmaqla, 18 lüks avtomobilinin, İstanbulda 10 villasının və 6 binada mənzilinin olduğu ortaya çıxıb.


Villalar və mənzillər Vəhdət Daşın mühafizəçisi ilə keçmiş həyat yoldaşının adına sənədləşdirilib. Avtomobillər və daşınmaz mülk üzərində həbs qərarı qoyulub və məhkəmənin qərarı ilə dövlətin mülkiyyətinə keçəcək.

Qeyd edək ki, 250 kiloqram heroin aparan yük avtomobili vertolyotla izlənib və polis avtomobilləri ilə qarşısı kəsilərək dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 614

Oxşar yazılar