Nazarbayevin and içəcəyi gün məlum oldu
05 aprel 2011 12:33 (UTC +04:00)

Nazarbayevin and içəcəyi gün məlum oldu

Aprelin 2-də Qazaxıstanda keçirilən prezident seçkilərində yenə qələbə qazanan Nursultan Nazarbayevin inauqurasiya mərasimi aprelin 8-də təşkil olunacaq. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu KİV təmsilçilərinin akkreditasiyasını həyata keçirən Qazaxıstan Mədəniyyət Nazirliyinin əməkdaşı bildirib.

Qazaxıstan Mərkəzi Seçki Komissiyası seçkilərin rəsmi nəticəsini bu gün günortadan sonra açıqlayacaq. Son məlumata görə, Nursultan Nazarbayev seçicilərin 95,5 faizinin səsini toplayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar