Şimali Koreyada iki sabiq nazir güllələndi
0
0
Şimali Koreyada 2009 və 2010-cu illərdə casusluqda və ölkəyə ziyan vurmaqda günahlandırılaraq həbs edilmiş sabiq maliyyə və nəqliyyat nazirləri güllələnib. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, nəqliyyat naziri Kim En Sam 2004-cü ildə dəmiryolunda baş verən partlayışa görə mühakimə olunub.
Bu, həmin vaxt Çindən səfərdən qayıdan Şimali Koreya lideri Kim Çen İrə qarşı xüsusi əməliyyat kimi dəyərləndirilib. Şimali Koreya liderinin marşrutunu yalnız dəmiryol naziri və Kim Çen İrin yaxınları bilib. Kim En Sam informasiya sızdırmaqda da günahlandırılıb.
Sabiq maliyyə naziri Mun İl Bon 2009-cu ildə pul islahatlarının iflasa uğraması ilə əlaqədar edam hökmünə məruz qalıb. Bu pul islahatı qiymətlərin artmasına və büdcə kəsrinə yol açıb.