Nazarbayev seçkilərdə 95,5 faiz səs topladı
04 aprel 2011 10:35 (UTC +04:00)

Nazarbayev seçkilərdə 95,5 faiz səs topladı

0
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyası fəaliyyətdə olan dövlət başçısının seçicilərin 95,5 faizinin səsini topladığını açıqlayıb.

Onun rəqibləri Jambıl Əhmədbəyov, Qani Qasımov və Mels Yeleusizov müvafiq olaraq 1,4, 1,9 və 1,2 faiz səs toplayıblar. Hələlik bülletenlərin neçə faizinin yoxlandığı bilinmir.

MSK-nın məlumatına görə, aprelin 3-də keçirilən növbədənkənar prezident seçkilərində seçicilərin 84 faizi səs verib. Yekun nəticələr aprelin 9-da açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 520

Oxşar yazılar