Tiflisin mərkəzində partlayıcı qurğu aşkarlandı
0
0
Tiflisin mərkəzində, Barnova küçəsində partlayıcı qurğu aşkarlanıb. Lent.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, partlayıcı qurğu BMT-nin Gürcüstandakı təmsilçiliyinin ofisinin yerləşdiyi ərazidə tapılıb.
Yaxınlıqdakı evlərin sakinləri partlayış təhlükəsi ilə əlaqədar evakuasiya ediliblər. Hadisə yerində mütəxəssislər işləyirlər.
Bu gün o da məlum olub ki, polis Kutaisi şəhərində 2 terror aktının qarşısını alıb. Terrorçular meriya və ədliyyə binasını partlatmağı planlaşdırırlarmış. Terrora hazırlıq ittihamı ilə bağlı Zuqdidinin 2 sakini saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyi məsələ ilə balı hələ rəsmi açıqlama yaymayıb.