“Mavi Mərmərə” buzu əriməyə başladı
Türkiyə BMT-nin himayəsi altında keçirilən İstanbul Konfransında iştirak etmək üçün İsrail prezidenti Şimon Peresə rəsmi dəvətnamə göndərib. Lent.az-ın mignews.com saytına istinadən verdiyi məlumata görə, bu, Qəzza sektoruna humanitar yardım aparan Türkiyənin “Mavi Mərmərə” gəmisinə İsrail hərbçilərinin hücumu və 9 türkün öldürülməsindən sonra Ankaranın İsrail rəhbərliyində yer alan şəxsə ilk belə müraciətdir.
Şimon Peresin dəftərxanasından bildirilib ki, bu dəvətə iki ölkə münasibətlərinin yaxşılaşması istiqamətində bir şans kimi baxırlar. Ancaq o da istisna edilməyib ki, dəvətnamə tədbirin təşkilatçısı olan Türkiyənin protokola uyğun atdığı bir addım da ola bilər.

623