Cimmi Karter ABŞ-ı Kubanın blokadasını ləğv etməyə çağırdı
31 mart 2011 12:25 (UTC +04:00)

Cimmi Karter ABŞ-ı Kubanın blokadasını ləğv etməyə çağırdı

Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, Kubaya şəxsi səfərə gələn Cimmi Karter deyib ki, bu addım səhv, qeyri-məhsuldardır və Kuba xalqına yalnız zərər gətirib.

O bildirib ki, 1996-cı ildə, Bill Klintonun prezidentliyi dönəmində qəbul olunmuş sərt embarqo barədə qanunu ləğv etmək lazımdır. Cimmi Karter ABŞ-ın hər il Kubanı terrorizmə kömək edən ölkələr sırasına daxil etməsini də düzgün saymır. Sabiq prezident xatırladıb ki, iki ölkənin xüsusi xidmət orqanları “əl-Qaidə” terror təşkilatının Meksika körfəzi rayonunda törətmək istədiyi terror aktının qarşısının alınmasında aktiv əməkdaşlıq edir. Ağ Evin sabiq rəhbəri iqtisadi islahatlarla bərabər, kubalıların gələcəkdə daha böyük azadlıqlar əldə edəcəyini də gözləyir.

Kuba prezidenti Raul Kastro da Cimmi Karterin səfərini müsbət qiymətləndirib. Onun sözlərinə görə, Cimmi Karter ABŞ prezidentləri arasında Kubaya münasibətdə ən yaxşı siyasət yürüdən şəxs olub və indi də iki ölkə arasındakı problemlərin həllinə çalışır.

Qeyd edək ki, Cimmi Karter Raul Kastronun şəxsi dəvəti ilə Kubaya gəlib. O, səfəri zamanı Kubada həbsdə olan, 15 il azadlıqdan məhrum edilmiş amerikalı Alana Qrosa da baş çəkib və keçirdiyi mətbuat konfransında onu günahsız saydığını dilə gətirib. Cimmi Karter Kuba Ali Məhkəməsinin Alana Qrosu azadlığa buraxacağına da inanır: “61 yaşlı amerikalıya Kuba hökumətinin humanist yanaşacağına inanıram. Onun anası və qızı da ağır xəstədir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619

Oxşar yazılar