Qarabağlı erməni idmançı İranda hansı dövləti təmsil edib?
19 mart 2011 17:14 (UTC +04:00)

Qarabağlı erməni idmançı İranda hansı dövləti təmsil edib?

Bu zaman onlar müsəlmanların, Azərbaycan Respublikasının torpağını işğal edən Ermənistana belə getməkdə çəkinmirlər.

Ermənistan İqtisadiyyat Nazirliyinin turizm üzrə idarəsinin rəisi Mehak Apresyan bildirib ki, ötən illərdə olduğu kimi, bu il martın ikinci yarısında Ermənistana 20 minə yaxın İslam Respublikası vətəndaşının gələcəyi gözlənilir. Ermənistan KİV-nin verdiyi məlumata əsasən, o, deyib ki, 2009-cu illə müqayisədə 2010-cu ildə İrandan gələn turistlərin sayı 40 faiz artıb. 2009-cu ildə onların sayı 87 min olduğu halda, keçən il 120 min nəfər təşkil edib.
“İranlı turistlərin 70 faizi Ermənistana ailəvi gəlir” - deyə, o, bildirib.
Xatırladaq ki, İran hakimiyyətinin Azərbaycan Respublikasına qarşı fəaliyyətindən Ermənistan da yararlanmağa çalışır. Bu yaxınlarda “news.am” bildirmişdi ki, 2010-cu ildə Dağlıq Qarabağa 8 min turist səfər edib. Bu isə 2009-cu illə müqayisədə 30 faiz çoxdur.

“news.am”-ın hesablamasına görə, son iki ildə İran İslam Respublikasından Dağlıq Qarabağa gedən turistlərin sayında artım var. Bu xəbərin gerçəkliyi nə dərəcədə əks etdirdiyi haqda fikri söyləmək çətindir. Ancaq Yerevan bununla İslam Respublikasının Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarındakı ermənilərlə işbirliyini bir daha təsdiqləyir.

Azərbaycanın işğal edilmiş Qarabağ torpaqlarında da İran-Ermənistan əlaqələri genişlənməkdədir.

“Novosti-Armeniya”-nın məlumatına əsasən, Qarabağdakı erməni hərbçisi David Qriqoryan İran İslam Respublikasında keçirilən uşu üzrə beynəlxalq yarışda 56 kq-lıq çəki dərəcəsində 3-cü yeri tutub. Erməni mənbələrin bildirdiyinə görə, 2010-cu ildə Avropa çempionu olmuş Qarabağdakı bu erməni hərbçisini İslam Respublikası diplom və pula mükafatlandırıb. Qarabağda yaşayan erməni hərbçi-idmançı dünya çempionatına da hazırlaşır.

Maraqlıdır, o, gələcək yarışlarda hansı bayraq altında çıxış edəcək? Yaxud bu hərbçi-idmançı İrana hansı ölkənin vətəndaşı kimi viza alıb? Bəlli olur ki, İslam Respublikası işğal olunmuş Azərbaycan ərazisindən erməni idmançının qəbul etməklə beynəlxalq hüquq normasını bir daha pozub.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar