Qəddafi BMT və NATO-nu Liviyaya çağırdı
Liviya lideri Müəmmər Qəddafi bu gün ölkədə yeni idarə formasının elan edilməsi və Ümumxalq Konqresinin yaradılmasının 34-cü ildönümü münasibəti ilə dövlət televiziyası ilə xalqa müraciət edib. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafi deyib ki, “Cəmahir”, yaxud “kütlənin dövləti” əsl demokratiyadır.
Müəmmər Qəddafi Liviyanı xalqın idarə etdiyini iddia edib: “Liviyanı mən yox, xalq idarə edir. Əsl hakimiyyət xalqın əlindədir. Mən prezident deyiləm və ona görə də istefaya gedə bilmərəm. Müəmmər Qədafi hətta parlamenti də buraxa bilməz. Dünya başa düşmür ki, Liviyadakı sistemdə hakimiyyət xalqın əlindədir”.
Liviya lideri özünə qarşı hücumu xalqına qarşı hücum kimi dəyərləndirib: “Mənə hücum Liviya xalqının simvoluna hücum çəkmək və ləyaqətini təhqir etməkdir. Ölkədə qarışıqlığın yaranmasında günahkar “əl-Qaidə” terror təşkilatıdır. Dinc insanları onlar güllələyirlər. Xalq məni mitinqlərdə dəstəkləyir və mənim üçün canlarını verməyə hazırdırlar”.
Müəmmər Qəddafi BMT və NATO-nu ölkəyə təhqiqatçılar göndərməsini istəyib: “Situasiyanı yerində araşdırsınlar, mənim sözlərimin ədalətli olduğunu görəcəklər. Əsgər yalnız hərbi bazanı ələ keçirmək və silah əldə etmək istəyən insanlara atəş açıblar”.

734