Venesuela İrana benzin satışını dayandırıb
05 fevral 2011 19:31 (UTC +04:00)

Venesuela İrana benzin satışını dayandırıb

Lent.az-ın «RBK»-ya istinadən məlumatına görə, Venesuelanın neft sənayesi naziri Rafael Ramires bildirib ki, «İran öz problemini həll edib» və idxal benzinə ehtiyacı yoxdur.

Venesuelalı nazirin sözlərinə görə, İslam Respublikasında vətəndaşlara yanacaq üçün ayrılmış dotasiya azaldıqdan sonra benzinə tələbat da azalıb. R.Ramires iddia edib ki, İrandakı neftayırma zavodlarının gücü son zamanlar artıb.

2009-cu ildə İran informasiya vasitələri bildirirdi ki, Venesuela ilə İran arasında bağlanan müqaviləyə əsasən, Karakas gündə Tehrana 20 barrel benzin tədarük etməlidir.

Dünən Tehran Universitetində keçirilən cümə namazında çıxışı zamanı İranın ali rəhbəri ayətullah Xamneyi fevralın 11-dən etibarən İranın benzin idxal etməyəcəyini bildirib. Onun sözlərinə görə, Qərb İrana benzin verilməsinə embarqo qoymaqla “elə zənn edirdi ki, İran xalqı hakimiyyətə qarşı etiraz çıxışları edəcək”. “Ancaq İran daxili imkanlar hesabına idxalat benzinə ehtiyac duymur” - deyə, İranın ali rəhbəri bildirib.

O, əlavə edib ki, yaxın zamanlarda İran benzin ixrac etməyi planlaşdırır.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 675

Oxşar yazılar