“Facebook” Suriyada inqilab edə bilmir
Lent.az-ın “Mignyus”a istinadən məlumatına görə, Suriya paytaxtı Dəməşqdə cümə namazından sonra əhalinin “qəzəb günü” aksiyasına çıxacağı gözlənilirdi.
Ötən bir həftə ərzində suriyalı fəallar Misir təcrübəsinə əsaslanaraq, tərəfdarlarını “Facebook” vasitəsi ilə hakimiyyət əleyhinə etiraz tədbirinə çağırırdılar.
Şəbəkədə 12 min nəfər etiraz aksiyasında iştirak edəcəyini təsdiqləmişdi. Fevralın 4-də Dəməşqin küçələrində tam sakitlik və boşluq müşahidə edilib. Ancaq şəhərin mərkəzi küçə və meydanlarında təhlükəsizlik xidməti əməkdaşlarının sayı adi günlərdəkindən çox olub.
Suriya İnsan Haqları Liqasının prezidenti Əbdül Rihavinin sözlərinə görə, suriyalı dissidentlər çağırışa qarşılıq verməyib: “Onlar indiki şəraitdə etiraz aksiyalarının səmərəliliyinə inanmadıqlarını bildiriblər”.
Fevralın 3-də “Tələbələr, fəhlələr və yoxsul təqaüdçülərlə həmrəylik” tələbi ilə parlamentin binası qarşısında keçirilməsi nəzərdə tutulan nümayiş də baş tutmamışdı.
“Human Rights Watch”-ın məlumatına əsasən, Suriyanın xüsusi xidmət orqanları belə tədbirlərdə iştirakçıların hər birinin şəklini çəkir, sənədləri yoxlayırlar. Cümə aksiyasının təşkilatçılarından biri, Süheyra Attasinin sözlərinə görə, təhlükəsizlik xidmətinin təmsilçiləri ötən həftə onun ailəsi ilə əlaqə saxlayıb, fəaliyyətini dayandırmasını israrla “məsləhət” görüblər.
Sədrəddin Soltan

Oxşar yazılar

Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19