İki oğlundan birini seçməli olan atanın faciəsi
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, kimya müəllimi olan 43 yaşlı Namik Akara ya 13 yaşlı oğlu Mustafaya, ya da 19 yaşlı oğlu Hakana böyrəklərindən birini verməlidir. Ancaq Namik Atar hər iki övladının yaşamasını istədiyini, böyrəklərinin ikisini də onlara verməyə hazır olduğunu, özünün dializ aparatı ilə yaşaya biləcəyini söyləyib. Həkimlər isə ataya deyiblər ki, qanuni olaraq, bir insanın hər iki böyrəyini birdən çıxarmaq yolverilməzdir və yalnız övladlarından birinə böyrəyinin birini verə bilər. Cavabında Namik Atar “nə olar, iki böyrəyimi də alaraq, uşaqlarıma köçürün” deyərək həkimlərə yalvarıb.
Mustafa və Hakanın məsələyə yanaşması da hər kəsi kövrəldib. Mustafa atasına böyrəyini böyük qardaşına verməsini istəyib, o yaxşılaşarsa, gələcəkdə də onun üçün bir şans yarana biləcəyini söyləyib. Hakan isə hələ qardaşının yaşının az olduğunu və yaşamasının onu da sevindirəcəyini bildirib.
Həkimlər yaranmış vəziyyətin həssas olması səbəbindən Namık Akara maya qədər seçimini etmək üçün vaxt verib. Hazırda uşaqlar həftənin hər 3 günü 4 saat dializ aparatına bağlı olaraq yaşayırlar. Namık Akar ölkədə orqan bağışlanması hərəkatının geniş yayılması üçün prezident və baş naziri müxtəlif təşəbbüslərlə çıxış etməyə də səsləyib.

626