Dəlixanadan qaçıb müəllimlik etdi
Lent.az-ın fransız saytlarına istinadla xəbərinə görə, ötən il İrlandiyada ruhi xəstəxanadan qaçmış şəxs bu il yanvar ayında kolleclərin birinə alman dili müəllimi kimi işə qəbul edilib. Polisin məlumatına görə, 26 yaşlı müəllim 3 il əvvəl qonşusunu liftdə bıçaqladığı üçün həbs olunub. Məhkəmənin qərarı ilə ona məcburi müalicə təyin edilərək, psixi xəstələrin saxlandığı müəssisəyə yerləşdirilib. Burada isə ona şizofreniyanın kəskin forması diaqnozu qoyulub.
Kollec direktoru isə ifadəsində “heç kim – nə müəllimlər, nə də şagirdlər ondan narazı olmayıb. O, valideynlər arasında da özünə hörmət qazana bilib. Lakin son günlərdə o özünü kəşfiyyatçı kimi təqdim etdiyi üçün şübhələndik və polisə məlumat verdik” - deyib.
Əsəb dispanserinə yerləşdirilmiş “müəllim” yaxın günlərdə vətənə ekstradisiya olunacaq. Şikayət olmadığı üçün heç bir cinayət işi açılmayıb.
Vüqar

Oxşar yazılar

İsrailin Qəzzanı VURDU: azı 21 nəfər həlak oldu
25 iyun 2025 , 07:46
Alimlər dünyada yeni qan qrupu aşkarladılar
25 iyun 2025 , 06:24
Şahzadə Harri atası və qardaşı ilə barışmaq üçün addım atdı
25 iyun 2025 , 04:35
İran hava məkanını açdı
24 iyun 2025 , 22:12
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
24 iyun 2025 , 21:49
Özünə bəysiz toy edən qadın ÖLDÜ
24 iyun 2025 , 19:07
9 yaşlı qızla evlənmək istəyən kişi tutuldu
24 iyun 2025 , 18:09