Əlcəzair hakimiyyəti güzəştə gedir
Tunisdəki olaylardan sonra silsilə nümayişlərin keçirildiyi Əlcəzairdə də hakimiyyət güzəşt xarakterli addımlar atmağa başlayıb. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, 19 ildir ki, qüvvədə olan fövqəladə vəziyyət rejimi ləğv edilə bilər.
Qeyd edək ki, müxalifət 19 ildir, qüvvədə olan fövqəladə vəziyyət rejiminin siyasi azadlıqların qarşısında əngəl olduğunu bildirir. Bu səbəblə də parlamentin bir qrup üzvü qərarın ləğvini tələb edib. Prezident Əbdüləziz Buteflika çox yaxın gələcəkdə fövqəladə vəziyyət rejiminin ləğv ediləcəyini söyləyib.
Qərar qəbul edildikdən sonra paytaxt istisna olmaqla, ölkə ərazisində mitinqlərin keçirilməsinə icazə veriləcək. Eyni zamanda ölkədə iş sahələrinin yaradılması və dövlət televiziyası ilə radiosunda siyasi partiyalara yer verilməsi məsələsi də hökumətin gündəliyindədir.

458