Serbiyada polislər tətil aksiyası keçirirlər
03 fevral 2011 21:33 (UTC +04:00)

Serbiyada polislər tətil aksiyası keçirirlər

Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, aksiyada 13 min polis əməkdaşı iştirak edir.

Aksiyanın təşkilatçısı olan Polislərin Müstəqil Həmkarlar İttifaqının rəhbəri Velimir Barbulov deyib ki, polislər maaşlarının 40 faiz artırılmasını, onlara yeni silah və geyim verilməsini tələb edirlər. O bildirib ki, polislərə qış geyimi və ayaqqabı verilməyib.

Velimir Barbulov qeyd edib ki, bu gün polislər ənənəvi tapşırıqları yerinə yetirməyəcək, küçələrdə növbə çəkməyəcəklər. Polislər yalnız fövqəladə hallarda hadisələrə reaksiya verəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786

Oxşar yazılar