Misirdə vəziyyət getdikcə gərginləşir
31 yanvar 2011 14:04 (UTC +04:00)

Misirdə vəziyyət getdikcə gərginləşir

Misirdə Hüsnü Mübarək rejiminə qarşı aksiyalar davam edir. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, on minlərlə nümayişçi paytaxt Qahirədə mitinqlər keçirir.

Müxalifət Beynəlxalq Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Məhəmməd əl-Baradeiyə mövcud iqtidarla müzakirə aparma səlahiyyəti verib. Müsəlman Qardaşları Hərəkatı və digər müxalif qruplar da bunu qəbul edib. Təhrir meydanındakı aksiyalara qatılan Məhəmməd əl-Baradei Hüsnü Mübarəki ölkəni tərk etməyə çağırıb. Müxalif lider birlik hökuməti qurmaq üçün ordu ilə təmasa keçəcəyini açıqlayıb.

Qeyd edək ki, Misirdə 6 gündür davam edən nümayişlərdə 150-dən çox insan dünyasını dəyişib, 3 minə yaxın insan yaralanıb. Nümayişlərə dəstək verən Hakimlər Klubunun üzvü olan minlərlə hakim də mitinqlərə qatılıb. Nümayişçilər ölkədəki 4 həbsxanaya hücum ediblər. Müsəlman Qardaşlar Hərəkatı lideri də daxil olmaqla 4 min məhkum həbsxanadan qaçıb.

Prezident Hüsnü Mübarək isə vitse-prezident təyin etdiyi Ömər Süleyman və daxili işlər naziri, eləcə də ordu rəhbərliyi ilə görüşüb. Müzakirələrdən sonra dövlət televiziyasına açıqlama verən Baş Qərargah rəisi Hüseyn Tantavi xalqı küçəyə çıxma qadağasına əməl etməyə çağırıb. O, əks təqdirdə sərt tədbirlər görüləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507

Oxşar yazılar

Lotereyadan 6 milyon uddu,  axtarışa verildi

Lotereyadan 6 milyon uddu, axtarışa verildi

9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez  bitəcək

Bu gün gündüz 2 saniyə tez bitəcək

9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə  başlaya bilər

Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər

9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi

Adana bələdiyyəsinin sədri həbs edildi

8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT:  mühərrik kişini doğradı

Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı

8 iyul 2025 , 18:03