“2011-2015-ci illər ərzində Türkiyədə azı 6,5 bal gücündə zəlzələ olacaq”
Mərkəzi ofisi Londonda olan Beynəlxalq Zəlzələ Təsbiti Şəbəkəsinin (GNFE) və “İC-Geochange” Beynəlxalq Qlobal Dəyişikliklər Mərkəzinin rəhbəri, azərbaycanlı alim, professor Elçin Xəlilov 2011-2015-ci illər ərzində İstanbul və İzmir şəhərləri başda olmaqla Türkiyə ərazisində azı 6,5 gücündə zəlzələ baş verməsi ehtimalının çox yüksək olduğunu bəyan edib. APA-nın xəbərinə görə, E. Xəlilov “Milliyet” qəzetinə açıqlamasında ən riskli illərin 2013-2014-cü illər olduğunu bildirib: “Bu illər ərzində Türkiyədə Şimali Anadolu zəlzələ xətti üzərində 4 dəfə, Egeydə 1 dəfə, Şərqi Anadolu xətti üzərində 1 dəfə olmaqla azı 6,5 bal gücündə zəlzələ baş verməsi ehtimalı çox yüksəkdir. Alimlər adətən zəlzələ ehtimallarını 30-40 illik müddətlərdə proqnozlaşdıraraq məsuliyyətdən qaçırlar. Hazırda dünyanın nüvəsində yüksək dərəcədə enerji toplanıb. Bu enerjinin boşalması 2015-ci ilə qədər davam edəcək. 1998-ci ildə başlayan və 2015-ci ilə qədər davam edəcək bu period təbii fəlakətlər periodudur. Yer kürəsində müəyyən zamanlarda belə dövr olur”.
E. Xəlilov zəlzələdən əvvəl tektonik dalğaları müəyyənləşdirən yeni bir cihaz kəşf etdiklərini və “Atropatena Crystal” adı verilən bu cihaz sayəsində zəlzələni 3-10 gün öncədən öyrəndiklərini açıqlayıb: “Cihaz seysmik deyil, tektonik dalğaları ölçür. Zəlzələ olmazdan əvvəl tektonik dalğalar yayılır, cihaz da bu dalğaları müəyyənləşdirir. Zəlzələnin yerini və gücünü dəqiq müəyyən etmək üçün qlobal şəbəkə sistemi qurulmalıdır. Türkiyə hökumətinin müvafiq qurumları ilə bu məsələni müzakirə etdik. Ölkənin 5 ayrı nöqtəsinə bu stansiyalar qurularsa, zəlzələ öncədən xəbər verilə bilər. Məqsədimiz bu stansiyaları dünyanın müxtəlif hissələrində quraraq qlobal şəbəkə yaratmaqdır”.

Oxşar yazılar

Lotereyadan 6 milyon uddu, axtarışa verildi
9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez bitəcək
9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ
9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur
9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər
9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi
8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55