Misirdə ordu xalqın tərəfinə keçdi
29 yanvar 2011 19:03 (UTC +04:00)

Misirdə ordu xalqın tərəfinə keçdi

Misirdə qarşıdurma ölkə miqyasına yayılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident Hüsnü Mübarəkin çağırışından sonra ölkədə hökumət istefaya gedib. Ancaq aksiyaçılar Mübarəkin də istefasını tələb edirlər. Hadisələr başlayandan bəri müxalifətə açıq şəkildə dəstək verən Beynəlxalq Atom Enerjisi Təşkilatının (MAQATE) sabiq rəhbəri Məhəmməd əl-Baradei də Mübarəki istefaya çağırıb. O, “hökumətin istefası kifayet deyil, Mübarək də də rəhbərlikdən getməlidir” – deyə, bildirib.


Ölkədə ən böyük müxalif qüvvə sayılan Müsəlman Qardaşlar Partiyası aksiyaya rəhbərlik etmədiyini açıqlayıb. “Aksiyalara biz rəhbərlik etmirik. Əslində mitinqlərin lideri yoxdur, xalq bu idarəni devirmək istəyir, biz də bunu dəstəkləyirik” – deyə, partiyanın yayadığı açıqlamada dbildirilir.

Ölkənin dini lideri Yusif əl Karadavi baş verən hadisələri Mübarək rejiminin iflası adlandırıb.


Qarşıdurma nəticəsində ölənlərin sayının 100-ü keçdiyi bildirilir. Ölkədə fövqəladə hal rejimi elan olunsa da, ordu xalqa qarşı heç bir zor tətbiq etməyib, silahdan istifadə etməyib. Əksinə, ordu aksiyaların qarşısını almağa çalışan polis qüvvələrinə mane olur. Bu səbəbdən bəzi yerlərdə ordu və polis qüvvələri arasında atışma olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523

Oxşar yazılar