İran Qarabağa turist göndərir
28 yanvar 2011 20:01 (UTC +04:00)

İran Qarabağa turist göndərir

Bununla bağlı İrəvandan çeşidli xəbərlər gəlməkdədir. Lent.az-ın “news.am”a məlumatına görə, 2010-cu ildə Dağlıq Qarabağa 8 min turist səfər edib. Bu isə 2009-cu illə müqayisədə 30 faiz çoxdur.

“Dağlıq Qarabağ Respublikası Xarici İşlər Nazirliyi Konsulluq xidmətinin (!?-red) məlumatına əsasən MDB ölkələri vətəndaşları ilə yanaşı, Avropa Birliyi, Amerika, Asiyadan ora siyasətçilər, mədəniyyət xadimlər, idmançılar, sahibkarlar və turistlər səfər edir” - deyə, mənbə bildirib.

“news.am”ın hesablamasına görə, son iki ildə İran İslam Respublikasından da Dağlıq Qarabağa gedən turistlərin sayında artım var.
Bu xəbər İslam Respublikasının Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarındakı ermənilərlə iş birliyi qurduğunu bir daha təsdiqləyir. Qeyd edək ki, İranla Ermənistan arasında turizm sahəsində inkişafın olduğu barədə tərəflər əvvəllər də bəyanat veriblər.
Ermənistanın İqtisadiyyat Nazirliyinin turizm və bölgələrin iqtisadi inkişafı idarəsinin rəisi Mehak Apresyan keçirdiyi mətbuat konfransında bildirib ki, 2030-cu ilədək indiki 600 min nəfərə qarşı 3 milyon turistin ölkəyə gəlməsini planlaşdırırlar: “Biz bu nəticəyə daha tez nail olacağıq. Fikrimcə, biz yaxın gələcəkdə böhrana qədərki nəticəni əldə edəcəyik. “Tatayevin qanadı” layihəsi çərçivəsində İrandan və başqa dövlətlərdən gələcək turistlərin artacağını gözləyirik”.

Onun sözlərinə görə, son 2-3 ildə İslam Respublikasından Ermənistana gələn turistlərin sayı artıb: “Cari ilin yanvar-sentyabr aylarında rəqəm 80 min nəfər olub. Ötən ilin uyğun dövründə isə bu rəqəm 40 min təşkil edib”.


Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586

Oxşar yazılar