Misirdə minlərlə insan küçələrə töküldü
28 yanvar 2011 16:48 (UTC +04:00)

Misirdə minlərlə insan küçələrə töküldü

Bu gün günorta namazından sonra Misirdə yenə aləm qarışıb.

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, prezident Hüsnü Mübarəkin istefasını tələb edən minlərlə insan küçələrə axışıb. Hüsnü Mübarəkin ən güclü rəqibi, MAQATE-nin keçmiş rəhbəri Məhəmməd əl-Baradeyi paytaxt Qahirənin mərkəzindəki bir meydanda 2 min nəfərlə namaz qılıb. Ancaq namazdan sonra kütləvi aksiya keçirməyə cəhd göstərən Məhəmməd Baradeyi tərəfdarları polisin sərt təpkisi ilə üzləşiblər. Polis kütləni dağıtmaq üçün təzyiqli sudan istifadə edib. Təzyiqi suyun hədəflərindən biri də Məhəmməd əl-Baradeyi olub və o da nəsibini alıb. Polis Məhəmməd əl-Baradeyinin bəzi tərəfdarlarını isə döyüb.

Misirdə aksiyaların hədəfi olan prezident Hüsnü Mübarək və oğlu Cemal Mübarəkdən isə bir xəbər yoxdur. Onlar uzun müddətdir ki, ictimaiyyət qarşısına çıxmırlar.

Qeyd edək ki, ölkədə internet təminatı tam dayandırılıb, mobil əlaqədə ciddi problemlər var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1386

Oxşar yazılar