
“Taliban” sevgililəri daş-qalaq etdi –
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, 19 yaşlı Sıdıka evləndikdən sonra 25 yaşlı Xəyyama aşiq olub. Ərini sevməyən Sıdıka bir gecə evi tərk edərək sevgilisilə qaçıb. Ərinin şikayətindən sonra “Taliban” qaçaq sevgililərin izinə düşüb və onlar yaxalanıb. “Taliban” onların zina işlədiyinə qərar verib. Kənd meydanına gətirilən qadın və sevgilisi ayrı-ayrılıqda gözləri bağlanaraq yerə çökdürülüb. “Taliban”ın əmri ilə kəndlilər sevgililəri daşa basıblar. Daş zərbələrindən xəsarət alan və üzlərindən qan axan sevgililərin bəxti gətirib, ölməyiblər. Daşlanma ilk dəfə videoya çəkilib.
Qadın yaralı halda ərinə təhvil verilib. Qadının bundan sonrakı həyatını “Taliban” izləyəcək. Əgər o, növbəti dəfə belə əmələ yol versə, kənd meydanında edam ediləcək.
Qadın yaralı halda ərinə təhvil verilib. Qadının bundan sonrakı həyatını “Taliban” izləyəcək. Əgər o, növbəti dəfə belə əmələ yol versə, kənd meydanında edam ediləcək.
Oxşar yazılar

Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər
9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi
8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı
8 iyul 2025 , 18:03
Modeli evində qarət edib zorladılar
8 iyul 2025 , 17:35
Ər-arvad lotereyadan ikinci dəfə milyonlar uddu
8 iyul 2025 , 16:22
Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53