Mahmud Abbas İran müxalifətinə yardım edib
İran hakimiyyəti kimi, başqa maraqlı qüvvələr də İslam Respublikasındakı mövcud müxalifətə xərclənən pullar haqda bilməyə səy göstərir.
Lent.az-ın məlumatına görə, İngiltərədə çıxan «Qardian» qəzeti İsraillə sülh danışıqlarında Fələstin nümayəndə heyətinə başçılıq etmiş Sahib Arikatın qalmaqallı bəyanatını çap edib. O, həmin bəyanatı 2009-cu ilin oktyabrında ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçellə görüş zamanı verib.
«Əgər Qahirədə İsrail səfirliyi olmasa idi, bin Ladən, onun müavini əl-Zəvahiri çoxdan İordaniyanın paytaxtı Əmmanda oturmuşdu. Qəzzaya və Livana baxın – Əhmədinejad artıq oradadır. Pakistan dağılır, ərəb dövlətləri heç bir iş görə bilmir» - deyə, o söyləyib.
Onun sözlərinə görə, Fələstin muxtariyyatının başçısı Mahmud Abbas İran müxalifətinin radiostansiyasını maliyyələşdirməyə cəhd göstərdi və fələstinli iş adamlarını inandırdı ki, bu müqəddəs iş üçün 50 milyon dollar ianə etsinlər.
Arikat daha sonra deyib: «Biz ümumərəb stereotipini dağıtmalıyıq. Biz ABŞ-ın qarşısında əyilir və ondan bizə lazım olanı xahiş edirik. Bunun qarşılığında Obamaya deyirik: «Biz Pakistana, Somaliyə, Əfqanıstana, İraqa yardım edə bilərik».
Sahib Arikat «İran müxalifəti» dedikdə konkret hansı qüvvələri nəzərdə tutduğunu açıqlamayıb.
Sədrəddin Soltan

Oxşar yazılar

Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər
9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi
8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı
8 iyul 2025 , 18:03
Modeli evində qarət edib zorladılar
8 iyul 2025 , 17:35
Ər-arvad lotereyadan ikinci dəfə milyonlar uddu
8 iyul 2025 , 16:22
Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53