Əl-Baradey Qahirədə
28 yanvar 2011 10:06 (UTC +04:00)

Əl-Baradey Qahirədə

Misir Ərəb Respublikasında etiraz aksiyaları genişlənməkdədir. Dünən hakimiyyətə qarşı nümayişlər Qahirə və İsgəndəriyyə ilə yanaşı, Süveyş, İsmaili şəhərlərini də əhatə edib.

Aksiya iştirakçıları hakim Milli Demokratik Partiyanın qərargahına yanar butulkalar atıb.
40 etirazçı barəsində «dövlət çevrilişinə cəhd» hökmü çıxarılıb.

Dünən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin keçmiş baş direktoru, Nobel Mükafatı laureatı Məhəmməd əl- Baradey paytaxt Qahirəyə gəlib. «Əl-Ərəbiyyə» telekanalının məlumatına əsasən, əl-Baradey bildirib ki, Misir xalqı istəsə, keçid hökumətinə başçılıq etməyə hazırdır.

Keçmiş baş direktor da Misirin hazırkı prezidenti Hüsnü Mübarəkin istefasını tələb edir. Bir müddət öncə o, qarşıdan gələn prezident seçkisindən namizədliyini irəli sürəcəyini bəyan etmişdi. Əl-Baradey bir neçə dəfə ölkədə rejimin dinc yolla dəyişməsini təklif etmiş, bildirmişdi ki, 82 yaşlı H.Mübarək istefa verməyə borcludur.

Bu günə qədər əsasən Avstriyanın paytaxtı Vyanada yaşayan əl-Baradey Misirə qayıdıb etiraz aksiyalarında iştirak edən ilk müxalifət lideridir.

Xatırladaq ki, bir müddət öncə o, ölkə əhalisinə müraciət edərək, qarşıdan gələn prezident seçkisini boykot etməyə, seçiciləri Misirin Ana Yasasında dəyişiklik edilməyənəcən «sakitcə vətəndaş itaətsizliyi göstərməyə» çağırmışdı.

«Biz Misirdəki prezident seçkisini gülünc vəziyyət qoymamalıyıq» - deyə, o, bölgədəki olaylardan öncə «Facebook»dakı səhifəsində yazmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542

Oxşar yazılar