Əfqan iş adamları Tehrandan nə istəyir?
Lent.azın məlumatına görə, Əfqanıstandan olan iş adamları Tehran hakimiyyətindən onlara dəyən maddi ziyanı ödəməyi tələb ediblər.
Ölkənin ticarət-sənaye palatasının sədri Məhəmməd Qurban Haqcu jurnalistlərə müsahibəsində bildirib ki, İran hakimiyyətinin qanunsuz davranışı əfqan sahibkarlara milyonlarla dollar məbləğində ziyan vurub və Tehran bunu kompensasiya etməlidir.
Onun sözlərinə görə, İslam Respublikası ikitərəfli müqaviləyə tranzit və beynəlxalq anlaşmanın müddəalarına zidd fəaliyyət göstərib.
“İran hakimiyyəti indiyə kimi hər yanacaq sisterni, vizaların müddətinin uzadılması və s. bu sayaq məsələlərlə bağlı Əfqanıstan sahibkarlarını cərimələyib, onlardan qanunsuz yolla pul alıblar. Bütün bunlar Tehran hakimiyyətinin qeyri-qanuni fəaliyyətinin nəticəsidir” - deyə, palata sədri söyləyib.
Bununla yanaşı Məhəmməd Qurban Haqcu İslam Respublikasının Kabildəki səfirinin söylədiklərini də təkzib edib. O, Əfqanıstana aid yanacaqla dolu sisternlərin indiyədək İranla sərhəddə saxlanıldığını bildirib. Ticarət-sənaye palatasının məlumatına əsasən, İslam Respublikası ərazisində hələ də Əfqanıstana məxsus 2 minə yaxın sistern saxlanılır.
Qeyd edək Ki, Tehranın Kabildəki səfiri Fədahüseyn Maliki bu günlərdə bəyan etmişdi ki, Əfqanıstanın bütün yanacaq daşıyan avtomobilləri sərhəddi keçib: “İran ərazisində yalnız 160 belə sistern qalıb”.
Bir aydan artıqdır ki, İran hakimiyyəti tranzit xətti ilə ölkə ərazisindən İraq və Türkmənistan benzinini Əfqanıstana daşıyan 2500 tankerin hərəkətinə məhdudiyyət qoyub. İran rəsmiləri bunu həmin yanacağın NATO-nun Əfqanıstandakı hərbi qüvvələrinin ixtiyarına veriləcəyindən ehtiyatlanmaları ilə izah edirdi. Rəsmi Kabil isə Tehranın iddialarını əsassız sayıb.
Sədrəddin Soltan

612