13 yaşlı qatili ömürlük həbs cəzası gözləyir - FOTO
28 yanvar 2011 01:21 (UTC +04:00)

13 yaşlı qatili ömürlük həbs cəzası gözləyir - FOTO

ABŞ-ın Pensilvaniya ştatında 13 yaşlı Cordan Brounun həddi-buluğa çatmış şəxslərin məhkəməsində mühakimə olunması barədə qərar verilib.


Lent.az-ın “Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, 11 yaşında olan zamanı atasının 26 yaşlı hamilə nişanlısı Kenzie Houku ov tüfəngi ilə öldürən Cordan Broun qərarın ləğv edilməsi üçün Apelyasiya Məhkəməsinə müraciət edib. Məsələ ondadır ki, əgər Cordan Broun yetkin insanlar kimi mühakimə olunarsa, bu halda onu ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. Buna görə də ABŞ-dakı insan hüquqlarını müdafiə edən təşkilatlar uşağın yetkin insanlar kimi məhkəməyə çıxarılmasına etiraz edir. Beynəlxalq Amnistiya Təşkilatı da bəyanat yayıb və Cordan Brounun böyük insanlar kimi məhkəməyə çıxarılmasının beynəlxalq hüquq pozuntusu olduğunu vurğulayıb: “Belə bir uşağın özünü dünyada ən böyük hüquq müdafiəçisi sayan ABŞ-da şərti olaraq azadlığa buraxılmaması və onun ömürlük azadlıqdan məhrumetmə cəzası ilə üz-üzə qalması hər kəsi şoka salan durumdur”.


Qeyd edək ki, ABŞ dünyada 18 yaşa çatmamış insanların ömürlük həbs cəzasına məhkum edilməsini qadağan edən BMT Uşaq Hüquqları Konvensiyasını təsdiqləməyən iki ölkədən biridir. Konvensiyanı qəbul etməyən ikinci ölkə isə Somalidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644

Oxşar yazılar