Rusiyada “donuz qripi” tüğyan edir
Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın baş həkimi Gennadiy Onişenko deyib ki, donuz qripi Rusiyanın 30 regionunda yayılıb.
O, son 3 həftədə H1N1 virusunun çox sürətlə yayıldığını vurğulayıb. Sankt-Peterburqda qripdən şikayətlənərək xəstəxanaya müraciət edənlərin 40 faizinin məhz “donuz qripi”nə yoluxduğu üzə çıxıb.
Ən ağır vəziyyət Xakasiya, Krasnoyarsk, Novosibirsk və Altayda qeydə alınıb. Şimali Qafqazda da “donuz qripi” sürətlə yayılır.

517