Varlılar üçün tikilən süni adalar arxipelaqı suya buraxılıb
26 yanvar 2011 22:43 (UTC +04:00)

Varlılar üçün tikilən süni adalar arxipelaqı suya buraxılıb

Lent.az-ın “ugmk.info” saytına istinadən verdiyi məlumata görə, adalar arxipelaqının tikilməsinə 2007-ci ildən başlanılıb və 386 milyon ton daş və 320 milyon kubmetr qum sərf olunub.

Ancaq maliyyə böhranına görə, arxipelaqda nəzərdə tutulan 300 süni adanın hamısını tikib başa çatdırmaq mümkün olmayıb. Tikintini aparan “Nakheel” şirkəti bir çox adada inşaatı müvəqqəti dayandırıb. Hazırda yalnız Dubay hökumətinə məxsus olan və Qrenlandiya adlanan adada məskunlaşma başlayıb. Tikintilər hələ başa çatmasa da, adaların 70 faizi artıq satılıb. Bu arxipelaqda Ancelina Coli və Bred Pitt cütlüyü də mülk sahibi olub. Bu vaxta qədər arxipelaqın tikintisinə 25 milyard dollar xərclənib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 953

Oxşar yazılar