Misirdə küçələrə toplaşmaq qadağan edildi
26 yanvar 2011 15:39 (UTC +04:00)

Misirdə küçələrə toplaşmaq qadağan edildi

Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, bu qaydanı pozanlar həbs ediləcəklər.

Bununla belə, şahidlər bildirirlər ki, artıq insanlar Qahirənin mərkəzi küçələrinə toplaşırlar, ancaq ətrafda polis görünmür.

Qeyd edək ki, ötən gecə Qahirə və digər şəhərlərdə 10 min, bəzi məlumatlara görə isə 100 minlərlə insanın iştirakı ilə kütləvi aksiya keçirilib. Aksiyaya qatılanlar prezident Hüsnü Mübarəkin istefasını tələb ediblər. Polis aksiyanın qarşısını ala bilməsə də, 200 nəfər saxlanılıb. Toqquşmalar zamanı 2 aksiya iştirakçısı və 1 polis həyatını itirib.

Hüsnü Mübarək özü hələ ki, baş verənlərə münasibət bildirməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar