Lukaşenko qalib gəldi
Bazar günü Belarusda keçirilən prezident seçkilərində ölkənin hazırkı prezidenti Aleksandr Lukaşenko ilk turda qalib gəlib.
Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina Aleksandr Lukaşenkonun seçicilərin 79, 67 faizinin səsini ( 5 milyon 122 min 866 nəfər) qazandığını bildirib.
Ölkə əhalisinin 90,4 faizi seçkilərdə iştirak edib. Seçkinin nəticələrindən narazı qalan müxalifət liderlərinin tərəfdarları axşam saatlarında Müstəqillik prospektini, Hökumət Evinə gedən yolu bağlayıblar. Xüsusi təyinatlı milis dəstələri aksiya iştirakçılarını dağıdıb. Prezident seçkilərində iştirak edən müxalifət liderləri Andrey Sannikov, Nikolay Statkeviç, Qriqoriy Kostusev saxlanılıb. Andrey Sannkiov və xanımının, o cümlədən Vladimir Neklyayev və Vitaliy Rımaşevskinin milislər tərəfindən döyüldüyü barədə xəbərlər yayılıb.

Oxşar yazılar
Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28
"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17
Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58
Bu uşaq üç ildir yemək yemir
1 iyul 2025 , 05:55