Berluskoninin taleyi bu gün həll olunur
14 dekabr 2010 11:24 (UTC +04:00)

Berluskoninin taleyi bu gün həll olunur

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, müşahidəçilər səsvermənin nəticələrini proqnozlaşdırmaqda çətinlik çəkirlər.


Az əvvəl baş nazir Sivio Berluskoninin koalisiya ortağı olan Canfranko Finin koalisiyadan çıxmasından sonra parlamentdə baş nazirin istefasını istəyənlərlə istəməyənlər arasında bir növ paritet yaranıb. Deputatların təxminən deputatların yarısı Silvio Berluskoni hökumətinin istefasının, yarısı isə fəaliyyətini davam etdirməsinin tərəfdarıdır.


Dekabrın 13-də parlamentdə çıxış edən Silvio Berluskoni səsvermənin nəticələrinin özü üçün uğurlu olacağına inandığını bildirib. Əgər baş nazirə etimadsızlıq göstərilsə, o halda İtaliyada növbədənkənar seçkilər keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474

Oxşar yazılar