İsrail-Türkiyə danışıqları Ərdoğandan asılıdır
13 dekabr 2010 12:53 (UTC +04:00)

İsrail-Türkiyə danışıqları Ərdoğandan asılıdır

Barışıq müzakirələri dalana dirənib

Türkiyə yanğınsöndürmə təyyarələrinin İsraildə meşə yanğınlarını söndürmək üçün göndərilməsi ilə Təl-Əvivlə Ankara arasında başlayan danışıqlar artıq dalana dirənib.

Lent.az-ın verdiyi məlumata görə, İsrailin “Haaretz” qəzeti son qərarı baş nazir Rəcəb Tayyib Ərdoğanın verəcəyini yazıb.

Qeyd edək ki, bu ilin may ayında Qəzza sektoruna humanitar yardım aparan Mavi Mərmərə gəmisinə İsrailin hücumu və 9 türkün öldürülməsindən sonra iki ölkə arasında münasibətlər gərginləşib. Yanğınsöndürmə təyyarələrinin göndərilməsindən sonra İsrailin baş naziri Binyamin Netenyahunun xüsusi təmsilçisi və Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Cenevrədə danışıqlar aparıblar. “Haaretz” qəzetinə açıqlama verən bir İsrail rəsmisi deyib ki, müzakirələr dalana dirənib, tərəflərin mövqeləri arasında fərqlər hələ çoxdur. Qəzet yazıb ki, Rəcəb Tayyib Ərdoğan İsrailin 2 əsas şərtini rədd edib.

Şərtlərə gəlincə, İsrail Mavi Mərmərə gəmisində öldürülən türklərə görə üzr istəməyə, hər bir türkün ailəsinə 100 min dollar ödəməyə hazırdır, ancaq israilli əsgərlərin özlərini müdafiə etdikləri üçün məsuliyyət daşımamalarının qəbul edilməsini istəyir. Rəcəb Tayyib Ərdoğan hələ bu şərtləri qəbul etməyib. “Haaretz” vurğulayıb ki, bu şərtlərlə bağlı son sözü Rəcəb Tayyib Ərdoğan söyləyəcək. İsrail yaxın vaxtlarda tərəflər arasında yeni bir görüşün keçirilməsini gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536

Oxşar yazılar