Xorvatiyanın sabiq baş naziri barədə həbs qərarı çıxarıldı
Xorvatiyanın keçmiş baş naziri İvo Sanaderlə bağlı beynəlxalq həbs qərarı çıxarılıb. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, 2003-2009-cu illər arasında Xorvatiyanın baş naziri vəzifəsini icra edən Sanaderin ölkəni tərk etdiyi və yerinin hələ müəyyənləşdirilmədiyi bildirilir.
Qeyd edək ki, keçmiş baş nazir korrupsiya və cinayət qrupları ilə əməkdaşlıq ittihamları ilə mühakimə edilib. Xorvatiya parlamentində toxunulmazlığının ləğvi ilə bağlı səsvermə keçirildiyi zaman isə İvo Sanader Sloveniya sərhədindən ölkəni tərk edib.
İvo Sanaderin həbs olunması ilə bağlı qərar “İnterpol”a da bildirilib. Keçmiş baş nazirin vəkili müdafiə etdiyi şəxsin iş səyahətində olduğunu və bir neçə gün içərisində ölkəyə dönəcəyini açıqlayıb.
Qeyd edək ki, İvo Sanader 2008-ci ilin yanvar ayında partiyasından, həmin ilin iyununda isə baş nazir postundan istefa verib.

Oxşar yazılar

Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49