Papa katolikləri şoka saldı
Roma Papası XVI Benedikt Vatikan tarixində çığır açacaq bir qərara imza atıb.
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bu vaxta qədər sərt bir şəkildə hamiləlik müayinəsinə və cinsi əlaqələr zamanı qoruyucudan istifadəyə qarşı çıxan XVI Benediktin almaniyalı jurnalist Peter Seevalda verdiyi müsahibədə mövqeyində dəyişiklik etdiyi məlum olub.
Müsahibə “Dünyanın İşığı” adlı kitab şəklində dərc olunub. XVI Benedikt müsahibəsində bildirib ki, bəzi xüsusi, istisna vəziyyətlərdən cinsi əlaqə zamanı qoruyucudan istifadə etmək gərəkli ola bilər. O, fikrini əsaslandırmaq üçün bir fahişənin özünü qorumaq üçün qoruyucudan istifadə etməsini misal gətirib. Bununla belə, XVI Benedikt yenə də HİV virusuna qarşı mübarizədə qoruyucudan istifadə etmənin uyğun bir yol olmadığını vurğulayıb.
Roma Papası bu müsahibəsində katolik kilsələrində kişi rahiblərin uşaqlarla cinsi əlaqədə olması faktlarından şoka düşdüyünü etiraf edib.
Beləliklə, ilk dəfə bir Roma Papası qoruyucu barədə müsbət fikir söyləyib. XVI Benediktin bu fikirləri katolik dünyasında şok effekti yaradıb.
“Dünyanın İşığı” kitabı yaxın günlərdə Vatikan Nəşriyyatı tərəfindən satışa çıxarılacaq.

Oxşar yazılar

Çin və Aİ arasında yeni qalmaqal
6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23