Gürcüstan hökumətində dəyişiklik
20 noyabr 2010 17:54 (UTC +04:00)

Gürcüstan hökumətində dəyişiklik

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan prezidentinin sərəncamına əsasən, prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının (MTŞ) katibi vəzifəsinə Xarici İşlər Nazirliyinin keçmiş birinci müavini Georgi Bokeriya təyin olunub.

Gürcüstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təsdiq edilmək üçün keçmiş reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvilinin namizədliyi parlamentə təqdim edilib.

Gürcüstan baş nazirinin sərəncamına əsasən, prezidentlə məsləhətləşmələrin aparılması əsasında reinteqrasiya məsələləri üzrə dövlət naziri vəzifəsinə MTŞ-nın katibi Eka Tkeşelaşvili təyin edilib. O, eyni zamanda baş nazirin müavini vəzifəsini də icra edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531

Oxşar yazılar