Everestdə 2 min turist “əsir düşüb”
Lent.az-ın “NTV”yə istinadən verdiyi məlumata görə, dünyanın müxtəlif ölkələrinin vətəndaşı olan turistlər 2800 metr yüksəklikdə Lukla kəndi yaxınlığında qalıb. Səbəb isə ərazidə havanın kəskin soyuması və leysan yağışlarının düşməsi göstərilir.
Artıq 5 gündür ki, ətrafla əlaqəsi kəsilən turistlərin xilas edilməsi üçün Nepal hökuməti tədbirlər görməyə başlayıb. Noyabrın 19-u səhər saatlarından etibarən helikopterlər vasitəsilə turistlərin təxliyə olunmasına başlanılıb.

524